Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun imzalayıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın xalq deputatı Yaroslav Jeleznyak özünün Telegram kanalında yazıb.
Qanunlar noyabrın 10-dan qüvvəyə minir. Onların hüquqi qüvvəsi 2025-ci il fevralın 7-də başa çatır. Bu qərar 24 fevral 2022-ci ildən qanunların 13-cü uzadılmasıdır.
Elmin Alışov