2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.
Tvit.az xəbər verir ki, bu barədə FIFA sosial media hesabında bildirib.
Turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər birində dörd komanda olmaqla 12 qrupa bölünən 48 yığma mübarizə aparacaq.
Qruplarda ilk iki yeri tutan komandalar, üçüncü yerdə qərarlaşan səkkiz ən yaxşı milli ilə birlikdə mundialın pley-off mərhələsinə yüksələcəklər.