Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Dünya Telekommunikasiya İnkişafı Konfransının keçirilməsi ilə bağlı 565 minlik müqavilə imzalandı
sosial

Dünya Telekommunikasiya İnkişafı Konfransının keçirilməsi ilə bağlı 565 minlik müqavilə imzalandı

16-10-2025 21:00 32 Просмотров
IMG

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub. 
Tvit.az xəbər verir ki, tender Azərbaycan Respublikasının Dünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC 2025) ilə Bakı Konqres mərkəzi iaşə xidmətlərinin satın alınması ilə bağlı idi. 
Tenderin qalibi "İD Keytrinq" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 565 min 135 manatdır.
Qeyd edək ki, WTDC telekommunikasiya sektorunda əməkdaşlıq, bilik mübadiləsi və strateji qərarların qəbulu üçün katalizator rolunu oynayır.
WTDC telekommunikasiyanın inkişafı ilə bağlı mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün iki Səlahiyyətli Konfrans arasında çağırılır. WTDC-lər telekommunikasiya/İKT-nin inkişafı üçün strategiya və məqsədləri müəyyən edir, BTİ-nin Telekommunikasiyanın İnkişafı Sektoruna (ITU-D) istiqamət və təlimat verir.
WTDC-25 17-28 noyabr 2025-ci il tarixlərində Azərbaycan hökuməti tərəfindən Bakıda keçiriləcək.
WTDC dünya üzrə hələ də internet bağlantısı olmayan təxminən 2,6 milyard insana sərfəli, mənalı bağlantı təmin etmək məqsədi daşıyan əlamətdar rəqəmsal inkişaf konfransıdır.