Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı
sosial

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı

16-10-2025 20:00 23 Просмотров
IMG

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

 

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanunu təsdiqləmişdi.