Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qubada ayı hücumu olub, xəsarət alan var
turizm

Qubada ayı hücumu olub, xəsarət alan var

16-10-2025 19:00 23 Просмотров
IMG

Qubada ayı təsərrüfata hücum edib.

 

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

 

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

 

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb.