Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
siyasət

Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16-10-2025 16:00 27 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. 

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.