Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi
sosial

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

15-10-2025 22:00 27 Просмотров
IMG

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə yerli jurnalist Daria Kosarinova məlumat verib.

 

Məlumata görə, Hüseynovun Rusiya pasportu oktyabrın 14-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərarı ilə ləğv edilib və hazırda diaspor rəhbərinin Rusiyaya giriş qadağan edilib.

 

Hakimiyyət orqanlarının qərarının səbəbləri hələlik məlum deyil.

 

Məlumata görə, Hüseynov 20 il əvvəl Ulyanovska köçüb, bundan sonra o, regional Azərbaycan Konqresinin rəhbəri olub. O, Zasviyajyedə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasına nail olub.