Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü
siyasət

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü

15-10-2025 21:00 19 Просмотров
IMG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi X hesabında yazıb.

 

"Biz Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. Azərbaycanın Almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub", - H.Hacıyev qeyd edib.