Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İranın hərbi gəmiləri Azərbaycanda…
sosial

İranın hərbi gəmiləri Azərbaycanda…

15-10-2025 19:00 21 Просмотров
IMG

Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

 

Bu barədə Tvit.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZİREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.


Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

 

Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.