Qərb ölkələrinin artıq Ukraynanı dəstəkləməyə gücü yoxdur.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin "dikGAZETE" nəşri məlumat yayıb.
Məqalə müəllifinin fikrincə, Kiyevin başqa çıxış yolu yoxdur, çünki “Qərb müttəfiqləri buxarlanıb”. “Onların artıq Kiyevi dəstəkləməyə gücü yoxdur. Kiyev rejimi isə bir çox məsələlərdə acizdir”, - deyə o vurğulayıb.
Nəşrin yazdığına görə, enerji böhranı və istehsal xərcləri fonunda Qərb ölkələri öz real gündəmlərinə qayıtmağa başlayıblar.