İsraildə müdafiə naziri Yoav Qalantın işdən çıxarılmasına etirazlar başlayıb, The Times of Israel xəbər verir .
Təl-Əvivdə etirazçılar Ayalon şossesinə qalxaraq, orada nəqliyyatın hərəkətini kəsiblər. Bundan əlavə, bəziləri yanğınlar törətməyə başlayıb.
“The Times of Israel”in yazdığına görə, etiraz aksiyalarına çağıranlar arasında baş nazir Benyamin Netanyahunu “siyasi oyunlarda” və yaxınlarını təhlükəyə atmaqda ittiham edən hökumət əleyhinə qruplar və girovların ailələri də var.