Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan Ordusunun baş giziri vəfat etdi
sosial

Azərbaycan Ordusunun baş giziri vəfat etdi

13-10-2025 23:00 18 Просмотров
IMG

Azərbaycan Ordusunun baş giziri Bəhruz Bəybala oğlu Cəfərov vəfat edib.

 

Tvit.az xəbər verir ki, hərbçi ürəktutmasından ölüb.

 

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

 

O, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Ailəli olub, 2 övladı var.