Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Qara dənizdə gəmi batdı

13-10-2025 23:00 23 Просмотров
IMG
Bolqarıstan sahillərində Qara dənizdə "Eileen" yük gəmisi ukraynalı ekipaj üzvləri ilə birlikdə batıb.

Tvit.az xəbər verir ki, bu barədə Bolqarıstanın mediası məlumat yayıb.

Gəminin Türkiyədən Ukraynaya getdiyi və Varna yaxınlığında batdığı bildirilib.

Göyərtəsində 10 ukraynalı dənizçi olub. Onlar xilasetmə əməliyyatı zamanı təxliyə ediliblər.

Hadisənin səbəbi hələlik məlum deyil.

Aysel Şirinova