Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Donald Tramp İlham Əliyevə təşəkkür edib
sosial

Donald Tramp İlham Əliyevə təşəkkür edib

13-10-2025 22:00 17 Просмотров
IMG

"Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq".


Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.

 

O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb. "Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır", - deyə Tramp əlavə edib.