Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender Ağdam və Füzuli rayonlarında il ərzində 2 dəfədən az olmamaq şərtilə dezinfeksiya, dezinseksiya və deratizasiya (ilan qovucu tədbirlər) xidmətlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Cleaner Group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 177 min 920 manatdır.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan qalib şirkətin qanuni təmsilçisi Nəcəfov Xəyal Bayraməli oğludur.
Aysel Şirinova