Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran hərbi hücum ehtimalına qarşı tam hazırlıq vəziyyətində olduğunu vurğulayıb
dünya

İran hərbi hücum ehtimalına qarşı tam hazırlıq vəziyyətində olduğunu vurğulayıb

13-10-2025 17:00 85 Просмотров
IMG

İran silahlı qüvvələri ölkənin suverenliyini hücum təhdidlərinə qarşı müdafiə etmək üçün tam hazırlıq vəziyyətindədir.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.


Bəqayi İranın iyun ayında İsrail və ABŞ-ın hücumlarına qarşı özünü müdafiə etdiyini xatırladaraq , onların hərbi imkanlarını gücləndirmək və sonrakı dövrdə hücum ehtimalının qarşısını almaq üçün bütün imkanlarından istifadə etməyə davam etdiklərini vurğulayıb.


Elmin Alışov