ABŞ prezidentliyinə namizəd Donald Tramp ədalətli şəkildə uduzduğunu hesab edərsə, seçkidə məğlubiyyətini etiraf etməyə hazır olduğunu bildirib. Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Seçkidə uduzsam, ədalətli seçki olsa, bunu birinci mən etiraf edəcəm. Hələlik hər şey ədalətlidir”, - Tramp bildirib.
O qeyd edib ki, ABŞ-da prezident seçkiləri prosesi həddən artıq mürəkkəbdir, ona görə də seçkilər kağız bülletenlərlə keçirilməlidir.
Tramp bundan əvvəl ABŞ prezident seçkilərində səs verib. Siyasətçi xanımı Melaniya ilə Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsinə gəlib. Səsvermədən sonra Tramp çıxış edib.
Aysel Şirinova