Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Şimali Koreya hərbi texniki vasitələri nümayiş etdirdi
dünya

Şimali Koreya hərbi texniki vasitələri nümayiş etdirdi

10-10-2025 21:00 32 Просмотров
IMG

Koreya Xalq Ordusu (KPA) Koreya Fəhlə Partiyasının yaradılmasının 80 illiyi münasibətilə keçirilən genişmiqyaslı hərbi paradda Şimali Koreyanın raket texnikası və pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Cənubi Koreya ilə sərhəddə xidmət edən KPA bölmələri paradla Kim İr Sen meydanından keçiblər. Paradda Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, strateji qoşunlar, xüsusi təyinatlılar, dəniz piyadaları, sərhədçilər, rabitə qoşunları və döyüş mühəndisləri iştirak edib.

Pxenyanın mərkəzi meydanında həmçinin KPA tank və motoatıcı bölmələrinin, kimyəvi qoşunların və hava hücumundan müdafiə bölmələrinin paradı keçirilib. Paradda tibb işçilərindən ibarət bölmələr, hərbi akademiya kursantları, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, xalq milislərinin üzvləri də yürüş ediblər.

Aysel Şirinova