Özbəkistan prezidenti Şavkat Mirziyoyev respublikanın Cizzəx vilayətində kiçik atom elektrik stansiyasının ilk reaktor blokunun tikintisi üzrə Rusiya ilə birgə layihənin tezliklə başlandığını elan edib.
Tvit.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
O, həmçinin yaxın vaxtlarda Özbəkistanda çoxfunksiyalı Nüvə Təbabəti Mərkəzinin yaradılması üzrə Rusiya ilə daha bir birgə layihənin başlayacağını bildirib.
"Bu günlərdə tarixi hadisə baş verəcək. Özbəkistanda gələcək AES-in ilk reaktor blokunun və çoxfunksiyalı Nüvə Təbabəti Mərkəzinin tikintisi üzrə birgə layihələrin icrasına başlanacaq", - mətbuat xidməti onun sözlərini sitat gətirib.