Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan, Türkiyə və Gürcüstan MN rəhbərləri görüşəcək
siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan MN rəhbərləri görüşəcək

08-10-2025 18:00 34 Просмотров
IMG

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirliyi məlumat yayıb.

 

“Üç ölkənin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər. Gələn il müdafiə nazirlərinin toplantısı Azərbaycanda keçiriləcək”, - məlumatda deyilib.

 

Qeyd edək ki, üçtərəfli görüşün yekununda nazirlər birgə bəyannamə imzalayacaq və bəyanatlar verəcək.