Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi telekanalların yayımı müvəqqəti dayandırıldı
sosial

Bəzi telekanalların yayımı müvəqqəti dayandırıldı

08-10-2025 16:00 113 Просмотров
IMG

Audiovizual Şuranın növbəti iclası keçirilib.

"Tvit.az"ın məlumatına görə, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.

Qeyd olunub ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilib, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılmışdır.

Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.

"Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir", - məlumatda deyilir.