Avstraliyada SEPAH-ın terror təşkilatı kimi tanınması üçün qanun layihəsi təqdim edilib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Avstraliyanın Baş prokuroru Mişel Rouland parlamentin Nümayəndələr Palatasına SEPAH-ın terror təşkilatı kimi tanınmasına icazə verən qanun layihəsini təqdim edib.
Qanun layihəsi Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin SEPAH-ın ölkə ərazisində ən azı iki antisemit hücumda iştirak etdiyini göstərən sübutlara cavab olaraq hazırlanıb.
Yeni qanun layihəsinə əsasən, hökumət xarici dövlət qurumlarını da rəsmi olaraq terror təşkilatları siyahısına daxil edə biləcək. Bu isə əvvəllər mövcud hüquqi çərçivə daxilində mümkün deyildi.
Elmin Alışov