Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 3 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
sosial

3 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

07-10-2025 23:00 110 Просмотров
IMG

III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək.

 

12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.