Gürcüstanda seçkilər zamanı baş verən iğtişaşlar zamanı hakimiyyəti devirməyə cəhd etdiklərinə görə 13 nəfərin saxlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“4 oktyabr iğtişaşlarında iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb”, – “RIA Novosti” agentliyi nazir müavini Aleksandr Daraxvelidzenin sözlərini sitat gətirir.
Qarşıdurma nəticəsində 21 polis əməkdaşı xəsarət alıb.
Bundan əvvəl ölkənin baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Gürcüstandakı xarici agentura tamamilə zərərsizləşdiriləcək.