Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü
siyasət

Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü

06-10-2025 22:00 303 Просмотров
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.


Tvit.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov X hesabında yazıb.

 

“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş ölkə ilə müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir”, - Bayramov bildirib.

 

O qeyd edib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.