Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ukrayna Danimarkada yeni müdafiə istehsalına başlamaq niyyətindədir - Müdafiə naziri
dünya

Ukrayna Danimarkada yeni müdafiə istehsalına başlamaq niyyətindədir - Müdafiə naziri

06-10-2025 22:00 118 Просмотров
IMG

Ukrayna Danimarka ərazisində yeni müdafiə istehsalını işə salmağı planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bəyan edib.
“Özəl Ukrayna müdafiə şirkətləri Danimarka ərazisində yeni birgə istehsal layihələrinə start verəcək”, – deyə o, Telegram kanalında yazıb.

Şmıqal qeyd edib ki, layihə qarşılıqlı anlaşma memorandumu çərçivəsində nəzərdə tutulub. Onun sözlərinə görə, sənəd həmçinin birgə istehsal güclərinin yaradılmasını, texnologiyaların mübadiləsini və birgə layihələrin həyata keçirilməsi üçün Aİ maliyyəsinin cəlb edilməsini ehtiva edir.