Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran XİN: Türkiyənin addımı əsassız və qanunsuzdur
dünya

İran XİN: Türkiyənin addımı əsassız və qanunsuzdur

06-10-2025 16:00 117 Просмотров
IMG

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyənin və Avropa üçlüyünün BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini yenidən qüvvəyə mindirmək qərarını əsassız və qanunsuz addım adlandırıb.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Onun sözlərinə görə, Türkiyənin yaydığı bəyanatında adıçəkilən və sanksiyalara məruz qalan İran şirkətlərinin bu ölkədə nə aktivləri, nə də hesabları var və buna görə də heç bir müsadirə həyata keçirilməyib. 


İran XİN sözçüsü həm Türkiyəyə, həm də qonşu və dost ölkələrə çağırış edərək, Təhlükəsizlik Şurasının qanuni prosedurlarına riayət etmədən bu qərarın icrasından çəkinmələrini tələb edib.


Elmin Alışov