ABŞ prezidenti Donald Tramp həftə sonu Qəzzada atəşkəslə bağlı danışıqların sürətlə irəlilədiyini və çox müsbət olduğunu bildirib.
Tvit.az xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama verib.
“Bu həftə sonu Həmas və dünya ölkələri ilə məhbusların azad edilməsi, Qəzzada müharibənin başa çatması və ən əsası, Yaxın Şərqdə uzun müddətdir ki, sülhə nail olmaq istəyi ilə bağlı çox müsbət müzakirələr aparılıb”,- deyə Tramp qeyd edib.
Elmin Alışov