ABŞ prezidenti Donald Tramp HƏMAS-a razılığa gəlməsi üçün oktyabrın 6-sına qədər möhlət verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp qeyd edib ki, razılaşma əldə olunacağı təqdirdə zorakılıq sona çatacaq:
“Bu, hər kəs üçün möhtəşəm bir razılaşmadır. Əgər bu son şans olan razılaşma baş tutmasa, HƏMAS üçün misli görünməmiş şəkildə qiyamət qopacaq.”
Razılaşma əldə olunacağı halda qalan HƏMAS döyüşçülərinə toxunulmayacağını bildirən Tramp bunun HƏMAS üçün son şans olduğunu vurğulayıb.
Tramp həmçinin bölgədəki fələstinlilərin Qəzzanın daha təhlükəsiz ərazilərinə getməsini istədiyini və bütün əsirlərin dərhal azad olunmalı olduğunu bəyan edib.