Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Sumqayıtda yeniyetmə bıçaqlandı
turizm

Sumqayıtda yeniyetmə bıçaqlandı

02-10-2025 21:00 47 Просмотров
IMG

Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.

"Tvit.az" xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.