Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zaxarova: İngiltərənin Ukraynadakı münaqişəyə son qoymağa çağırışı özünü ittiham edir
dünya

Zaxarova: İngiltərənin Ukraynadakı münaqişəyə son qoymağa çağırışı özünü ittiham edir

30-09-2025 08:00 100 Просмотров
IMG

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova İngiltərənin müdafiə naziri Con Healey-nin Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı müraciətini ələ salıb. 


Tvit.az xəbər verir ki, o, bu barədə “TASS” agentliyinə müsahibəsində bildirib.


"Bunlar özünü qınayan ifadələrdir. Necə deyərlər, oğrunun papağı yanır. Rəsmi London öz cinayətini sözün əsl mənasında boynuna götürdüyü vəziyyətdir”,- deyə sözçü vurğulayıb.


Qeyd edək ki, dünən İngiltərə müdafiə naziri Putinə müraciət edərək Ukrayna ilə müharubədə qalib olmayacağını bildirmişdi.


Elmin Alışov