Misir və Qətər ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoyacaq 20 bəndlik həll planını HƏMAS-a çatdırıb.
Tvit.az bildirir ki, bu barədə “Əl-Kairo News” məlumat yayıb.
Qətər və Misir hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Fələstin mənbələri də prezident Trampın Qəzza planının surətinin HƏMAS-a çatdığını bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Trampın 20 maddəlik “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” təklifi açıqlanıb.
Elmin Alışov