Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ İspaniyada matç zamanı zədələnən qapıçı öldü
СПОРТ

İspaniyada matç zamanı zədələnən qapıçı öldü

29-09-2025 23:00 21 Просмотров
IMG

İspaniyanın "Kolindres" klubunun 19 yaşlı qapıçısı Raul Ramires ölkə çempionatının beşinci liqasının oyunu zamanı aldığı zədədən sonra vəfat edib.

 

Tvit.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Mətbuat Xidməti məlumat yayıb.

 

Faciəli insident Santanderdə baş verib. Oyun epizodunda qapıçı kəllə-beyin travması alıb və ürəyi dayanıb. "Kolindres"in məşqçisi Rafa de la Penya qapıçıya kömək etməyə çalışsa da, o, Ramiresi xilas edə bilməyib.

 

Futbolçu yerli xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.