Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Şimali Koreya Xarici İşlər Nazirliyi İsraili Qəzza zolağından çıxmağa çağırıb
dünya

Şimali Koreya Xarici İşlər Nazirliyi İsraili Qəzza zolağından çıxmağa çağırıb

29-09-2025 21:00 36 Просмотров
IMG

Şimali Koreya hakimiyyəti İsraili Qəzza Zolağını tərk etməyə şiddətlə çağırıb.

Tvit.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Şimali Koreya xarici işlər nazirinin müavini Kim Sonq Kyonq deyib.

"İkinci Dünya Müharibəsinin başa çatmasından səksən il keçir. Bu arada, Yaxın Şərqdə soyqırım və insanlığa qarşı cinayətlər, hətta Hitlerin törətdiyi cinayətləri belə ötüb keçməkdədir", - Kim Sung-Kyunq bildirib.

O, İsrailin hərəkətləri nəticəsində 60 mindən çox fələstinlinin həlak olduğunu iddia edib. O, İsrail hökumətini bütün Qəzza zolağının işğalına cəhddə və Fələstin əhalisini tamamilə məhv etməkdə ittiham edib.

"Biz İsraili bəşəriyyətə qarşı cinayətlərini dərhal dayandırmağa və Qəzza zolağından çıxmağa şiddətlə çağırırıq. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını tam dəstəkləyirik və Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyirik", - nazir müavini əlavə edib.

Aysel Şirinova