ABŞ prezidenti Donald Tramp xaricdə istehsal olunan mebellərə rüsum tətbiq edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Tramp “TruthSocial” sosial media platformasında deyib.
Tramp bildirib ki, o, mebel istehsalı ABŞ-dan kənarda yerləşən ölkələrə böyük rüsumlar tətbiq etmək niyyətindədir. O, bununla Çinlə rəqabətdən əziyyət çəkən sənayeni bərpa etməyə ümid edir.
Elmin Alışov