Kanada İrana qarşı sanksiyaların bərpasını dəstəklədiyini bildirib və bu məsələdə Avropa üçlüyü (Britaniya, Fransa, Almaniya) və ABŞ-nin yanında olduğunu açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Kanada xarici işlər nazirliyi "X" hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) tam şəkildə riayət etməli, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlıq etməli və heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verən yeni razılaşma üçün Amerika ilə birbaşa danışıqlara getməlidir.
Elmin Alışov