Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı
sosial

Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı

29-09-2025 12:00 32 Просмотров
IMG

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.09.2025-28.09.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Tvit.az"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 100 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1225,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.