Avropa Ukraynaya Rusiya ilə münaqişəni dayandırmağa kömək etmək üçün yeganə məsuliyyəti daşımır.
Tvit.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.
"Avropa Ukraynadakı müharibənin yükünü təkbaşına daşıya bilməz. Bunu xüsusilə prezident Trampın döyüşləri dayandıracağına dair vədini nəzərə alsaq, doğrudur. O, münaqişəyə son qoyacağını vəd etmişdi. Ona görə də bunun məsuliyyəti bizim üzərimizə düşə bilməz", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Elmin Alışov