Pekin Meksikanın azad ticarət razılaşması olmayan ölkələrə tarifləri artırmaq planları və Çinə qarşı ticarət və investisiya maneələri ilə bağlı araşdırmaya başlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Çin ticarət nazirliyi məlumat yayıb.
Araşdırma Meksika hökumətinin Çindən və azad ticarət razılaşması olmayan ölkələrdən idxala tarifləri artırmaq planını, eləcə də son illərdə Çinlə ticarət və investisiyalara mane olan məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcək.
Elmin Alışov