Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Avtoxuliqanlıq edib "TikTok"da paylaşdı, saxlanıldı - VİDEO
turizm

Avtoxuliqanlıq edib "TikTok"da paylaşdı, saxlanıldı - VİDEO

25-09-2025 11:00 77 Просмотров
IMG

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

"Tvit.az" xəbər verir ki, rayon sakini Ə.Hökümalıyev idarə etdiyi “VAZ” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Hökümalıyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.