Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Ağdərə"də saxta araqlar aşkarlandı - FOTOLAR
sosial

"Ağdərə"də saxta araqlar aşkarlandı - FOTOLAR

24-09-2025 14:00 212 Просмотров
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Vəfa Əsəd qızı Nəbiyevaya məxsus olan “Ağdərə” restoranında yoxlama keçiriblər.

Bu barədə "Tvit.az"a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.

  • "Ağdərə"də saxta araqlar aşkarlandı - FOTOLAR
  • "Ağdərə"də saxta araqlar aşkarlandı - FOTOLAR