Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski: Tramp Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi
dünya

Zelenski: Tramp Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi

24-09-2025 14:00 198 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı Kiyevi münaqişə bitənə qədər dəstəkləməyə hazır olduğunu bildirib. 


Tvit.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində söyləyib.


"Mən öz xalqıma, orduma güvənirəm və ABŞ-ın güclənməsinə və dəstəyinə arxayınam. Amma prezident Tramp buna daha müsbət yanaşdı və o, Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərdi",- deyə Ukrayna lideri vurğulayıb.


Elmin Alışov