ABŞ hökumətinin əksər ölkələrə qarşı gömrük siyasətini sərtləşdirməsinin nəticələri bir neçə il ərzində qlobal iqtisadiyyata mənfi təsir göstərməyə başlayacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Trampın tariflərinin təsirinin bu il qlobal iqtisadiyyata təsir göstərməsi ehtimalı azdır, çünki ABŞ səlahiyyətliləri qoruyucu tarif tədbirləri tətbiq etməzdən əvvəl şirkətlər ilin birinci yarısında malların daşınmasını sürətlə artırmağı bacardılar”,- deyə Peskov bildirib.
Elmin Alışov