Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
sosial

Azərbaycana payız gəldi

22-09-2025 22:00 211 Просмотров
IMG

Sentyabrın 22-si saat 22:19-da Azərbaycana payız fəsli daxil olub.


Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Tvit.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.

 

Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.