Moskva İsrail və Fələstin arasındakı münaqişənin iki dövlət əsasında həllini dəstəkləyir.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz BMT Təhlükəsizlik Şurasının fundamental qətnamələrinə və Fələstin-İsrail probleminin iki dövlət yanaşması əsasında həllinin mümkünlüyü ilə bağlı beynəlxalq mövqeyə sadiq qalırıq”,- deyə sözçü qeyd edib.
Elmin Alışov