Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Mağaza və avtomobildən pul oğurlayanlar tutuldu
turizm

Mağaza və avtomobildən pul oğurlayanlar tutuldu

17-09-2025 12:00 22 Просмотров
IMG

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.

"Tvit.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.