Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO
turizm

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

12-09-2025 20:00 16 Просмотров
IMG

Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

"Tvit.az" xəbər verir ki, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səttar Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.