Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AQTA bu sahibkarlara müraciət edib
sosial

AQTA bu sahibkarlara müraciət edib

12-09-2025 15:00 18 Просмотров
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.

 Agentlikdən "Tvit.az"a verilən  məlumata görə, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinin pozulması gələcəkdə ixrac potensialına mənfi təsir göstərməklə yanaşı, müəyyən qadağalara da səbəb ola bilər.

İxrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara yapışqanlı stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Tələblərə əməl edilmədikdə bu hal idxalçı ölkələrin tələblərinin pozulmasına gətirib çıxarır ki, bu da uyğunsuzluq kimi dəyərləndirilir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialını və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər. Hazırda bitkiçilik məhsullarının ixracında artım dinamikası qeydə alınmaqdadır.

Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənmə və qablaşdırma materiallarına dair tələblərinə, həmçinin “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir. Sahibkarlar əlavə sualları yaranacağı təqdirdə, Agentliyin mərkəzi aparatına, həmçinin müvafiq regional bölmələrinə və 1003 qaynar xəttinə zəng vuraraq müraciət edə bilərlər.