Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Culfada ağır qəza - 4 nəfər öldü
turizm

Culfada ağır qəza - 4 nəfər öldü

12-09-2025 11:00 17 Просмотров
IMG

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatını itirənlərin dördü də polis əməkdaşı olub.

Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.