Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qətərin baş naziri girovların azad edilməsindən danışdı
dünya

Qətərin baş naziri girovların azad edilməsindən danışdı

10-09-2025 23:00 29 Просмотров
IMG

İsrail rəhbərliyi Dohaya zərbələri təsdiqləməklə Qəzza zolağındakı girovların azad olunmasına dair bütün ümidləri sıfıra endirib.

Tvit.az xəbər verir ki, bunu CNN-ə Qətər baş naziri Mühəmməd bin Əbdürrəhman Al Tani bildirib.

“Ola bilsin ki, dünən Netanyahu girovların azad olunacağına dair hər cür ümidi sadəcə öldürdü”, – deyə o hesab edir.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Dohada HƏMAS liderlərinə zərbələr endirilməsindən sonra ilk dəfə açıq şəkildə Qətəri xatırladaraq, əmirlik hakimiyyətini “terrorçuları gizlətməkdə” ittiham edib.